Bakıda avtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var

Hadisə
17:30 / 04.09.2019
1587
Bakı Nəqliyyat Agentliyi Nobel prospektində, Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Agentlikdən APA-ya verilən xəbərə görə, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.