Bakıda dəhşətli avtobus qəzası – Qadının ayağı qopdu

Hadisə
18:07 / 04.09.2019
1845
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb.
Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.