Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ

12:42 / 04.09.2019
1580
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.
Sfera.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli vəzifəsindən azad edilib. İ.Yusifli Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.
Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Habil Həsənov, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi təyin olunub.