Deputat generalın qohumunun qətlindən danışdı: Oğlum stressdədir

Deputat generalın qohumunun qətlindən danışdı: Oğlum stressdədir
 

Bu yaxınlarda Bakının Şərifzadə küçəsində 1991-ci il təvəllüdlü Fərid Məmmədzadə ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində həlak olub. Bu hadisədən sonra Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stressdədirlər.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadənin qətlinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, oğlu Fəridin qətli ilə barışa bilmir:

 

"O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir. Hesab edirəm ki, istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar".

Bir neçə il öncə Milli Aviasiya Akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü".

Millət vəkili qeyd edib ki, düşmənlə üz-üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsinin hər bir valideyn üçün nə qədər dözülməz olduğunu izah etməyə ehtiyac yoxdur:

"Bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi".

Deputat qeyd edib ki, heç bir ciddi səbəb olmadan aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük, əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və s. hallar cəmiyyətimizi narahat edən məsələlərdir.

Xatırladaq ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri  H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

oxu.az


OXŞAR XƏBƏRLƏR

"Ermənistanın təxribatları müharibəyə səbəb ola bilər" - AÇIQLAMA

Son günlərdə Ermənistanın yenidən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə açması halları artıb.  Aprelin 10-da, saat 20:55-də Tovuz r...

2025-də bu şəxslərin lotereyada bəxti GƏTİRƏCƏK — MÜSAHİBƏ

Numerologiya son zamanlar mistik sahə kimi populyarlıq qazanıb. Əksər insanlar həyatlarında rəqəmlərin xüsusi rola sahib olduğunu düşünürlər. Hətta tirajlı lote...

Bu şəxslərin pensiyalarında dəyişiklik olacaq - RƏSMİ

Azərbaycanda bir sıra şəxslərin pensiya təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün ...

Müharibə texnologiyaları dəyişib: Böyük güclər qarşı-qarşıya gəlmək istəmirlər

Hazırda dünyada bir sıra ölkələr təkcə ənənəvi silahlı qarşıdurmalarla deyil, həm də iqtisadi, texnoloji və geosiyasi müstəvilərdə müxtəlif formalarda müharibə ...

"Milyonlarla manat vəsait vətəndaşların üzərinə yüklənir" - Zahid Oruc

"İcra işlərində kütləvi problem təminatsız kreditlər məsələsidir. Kimsə məsələni sosial-iqtisadi durum, mental dəyərlər, istehlakçı davranışları,  ict...

Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR

Banka borcu olan şəxs təqaüdçüdür. Onun aldığı pensiya və banka olan borcunun miqdarı isə eynidir. Pensiyasını bank borcuna verən şəxsin dolanmaq üçün pulu qalm...