“Quli”nin gürcü “oğru”nu vuran şəxslə fotosu yayıldı – Yeni savaş

“Quli”nin gürcü “oğru”nu vuran şəxslə fotosu yayıldı – Yeni savaş
 

"Qanuni oğru” Nadir Səlifovun ("Quli”) gürcü "qanuni oğru” Quram Çixladzeyə (Kvejoviç) əl qaldıran "Dikiy Arman” kimi Arman Cumagəldiyevlə  birgə fotosu yayılıb. 

"Yeni Sabah” xəbər verir ki, fotonun nə zaman çəkilməsi və hansı niyyətlə yayılması haqda məlumat yoxdur. 

Xatırladaq ki, Quram Çixladze Nadir Səlifovla görüşdə vurulub. Arman Cumagəldiyev Quram Çixladzenin "oğru” statusunu daşıdğını bilməyib. Nadir Səlifov Arman Cumagəldiyevin hərəkətini bəyənməsə də, onu cəzalandırmayıb. 

Bu məsələ Nadir Səlifovla başqa bir gürcü "qanuni oğru” Badri Koquaşvili ("Badri Kutaisi”) arasında qarşıdurmaya səbəb olub. Badri Koquaşvili bu hadisəyə görə Nadir Səlifovdan "qanuni oğru” statusunun alınması təşəbbüsü ilə çıxış edib. Bu məsələdə Zaxari Kalaşov ("Şakro Molodoy”) da ona dəstək verir.

Hesab edilir ki, Nadir Səlifovun Arman Cumagəldiyevlə fotosunun yayılması təsadüfi deyil. Görünür, "Quli” bununla sona qədər Arman Cumagəldiyevi müdafiə edəcəyinin mesajını verir.

Arman Cumagəldiyev Qazaxstanın Almatı və Şımkənd şəhərlərində bir sıra kriminal münaqişələrdə iştirak edib. 2005-ci ildə Qazaxıstanda keçirilən prezident seçkiləri zamanı bir müxalif namizədin olduğu restoranda kütləvi dava edib.

Qazaxıstanın yüksək rütbəli polislərindən biri onun haqqında bunları deyib: "Arman riskli bir adamdır. Heç bir səbəb olmadan bir adamı döyə bilər, ictimai yerdə kütləvi dava təşkil edə və ya hətta rəqiblərlə atışa da bilər".


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...