“Ayıb olsun” - Ölüm xəbəri yayılan Xalq artisti əsəbləşdi

09:56 / 04.09.2019
1742
Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. C. Zeynallı açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirши:
"Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensasiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?".
qafqazinfo