Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət etdi
 

Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir.

İcra hakimiyyətindən APA-ya verilən xəbərə görə, bu praktika dünyanın bir çox ölkələrində mövcuddur.

Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb. 

 

BŞİH-dən bildirilib ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakının yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur: "Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək". 

Qeyd edilib ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.

Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir.


OXŞAR XƏBƏRLƏR

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulka...