Asmir Beqoviç: “Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər”

Asmir Beqoviç: “Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər”
 

"Daim oynamaq, ən yüksək səviyyədə çıxış etmək istəyirəm. Bu baxımdan "Qarabağ” yaxşı variantdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan çempionu "Qarabağ”ın yeni transferi Asmir Beqoviç deyib.

Bosniya və Herseqovina millisinin qapıçısı Ağdam klubuna keçidinin səbəbini açıqlayıb. Uzun müddətdir İngiltərənin "Bornmut” klubunun heyətinə düşə bilməyən A.Beqoviç ehtiyatda qalmamaq üçün komandasını dəyişdiyini qeyd edib: "Qarabağ” ciddi ənənələrə malik ciddi klubdur. Daim daxili arenada mükafatlar üçün mübarizə aparır. Bu klubun Avropa Liqasının qrupunda oynaması da seçimimdə rol oynadı. Yanvara qədər bu klubda xeyli sayda oyun keçirəcəyimi düşünürəm ki, bu da mənim xeyrimə olacaq”.

 

A.Beqoviç "Qarabağ”da Avropa Liqasında uğur gözlədiyini bildirib: "Mən yeni komandamın "Linfild”lə matçını izlədim. Həmin görüşdə onlar qrupa vəsiqə qazandı. Bu da şübhəsiz ki, uğurdur. Çətin qrupa düşmüşük. "Sevilya”dan danışmağa dəyməz. Pley-offda "Ayaks”a xeyli çətinlik yaşadan APOEL və asan rəqib olmayan "Düdelanj” da bizimlə eyni qrupdadır. Amma düşünürəm ki, "Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər. "Qarabağ”a keçidim çox sürətli alındı. O qədər də vaxtım olmasa da, bir neçə nəfərlə söhbət etdim. Yalnız ən yaxşı sözləri eşitdim. Ciddi klub, gözəl şəhər, möhtəşəm mədəniyyətə malik inkişaf etmiş ölkəyə gedirəm. Yeni komandama cümə axşamı qoşulacağam”.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...