Bakıda səfirliyin maşını qəzaya düşdü
Cəmiyyət
14:22 / 13.02.2016
793
Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az report-a istinadən xəbər verir ki, Füzuli küçəsi, 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi “Mercedes B-Class” markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi “Kia-Optima” markalı avtomobil toqquşub.
Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.