“Restoranlarda “menyu yoxdur” deyirlərsə…” – Agentlikdən XƏBƏRDARLIQ

“Restoranlarda “menyu yoxdur” deyirlərsə…” – Agentlikdən XƏBƏRDARLIQ
 

Turizmin ən aktiv olduğu qızmar yay mövsümü artıq arxada qaldı. Bu mövsüm də turistik obyektlərin, xüsusilə regionda yerləşən kafe və restoranların yüksək qiymətlərindən, xidmət keyfiyyətindən narazılıqlar çox oldu.

 

Sosial şəbəkələrdə fikirlərini ifadə edən vətəndaşlar, həmçinin turistlər xidmət sektorunda keyfiyyətin yüksəldilməsinin zəruriliyini qabartdılar. Şikayətçilərin əsas gündəmə gətirdikləri məqam isə qiymətlə keyfiyyətin üst-üstə düşməməsidir. Hətta tanınmış restoran, otel, istirahət mərkəzlərində də yüksək qiymətlərə rəğmən, keyfiyyətli xidmət görə bilmədiklərini iddia edənlər oldu.

 

Sözügedən şikayətlər haqqında Modern.az-a danışan Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirdi ki, turizm obyektlərində qiymətlərin formalaşdırılmasında Agentlik iştirak etmir. Onun sözlərinə görə, buna baxmayaraq, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı mütəmadi addımlar atılır:

"Sahibkarlarla danışıqlar aparılır, xidmət personalı ilə vaxtaşırı tədbirlər, treninqlər keçirilir. Otellərin əməkdaşları da təlimlərə cəlb edilir, onların müasir, keyfiyyətli xidmət haqqında məlumatlandırılması həyata keçirilir. Amma kimsə restoran açırsa, onun xüsusi turistik obyekt olduğunu heç kim deyə bilməz. Bunlar turizm obyekti kimi qeydiyyatdan keçmir. Ona görə də obyektlərdə təklif edilən qiymətlər ümumi qiymətlərdir. Qiymətlərin yüksək olması barədə narazılıqlar olduğunu bilirik. Sosial şəbəkələrdəki paylaşımlara diqqət etdikdə görünür ki, həqiqətən də, bu sahədə problem mövcuddur. Amma bəzən subyektiv şikayətlər də ortaya atılır, ümumiləşdirilmiş narazılıqlar səsləndirilir. Bu məsələdə istehlakçıların da üzərinə məsuliyyət düşür”.

 

Əksər istehlakçıların öz hüquqlarını bilmədiklərini vurğulayan Kənan Quluzadə bunun qanunvericiliklə tənzimləndiyini xatırlatdı:

"İnsanlar hüquq pozuntusu gördükdə aidiyyəti qurumlara şikayət edə, müvafiq addımlar ata bilərlər.

Müştəri hansısa restorana gedəndə mütləq menyunu tələb etməlidir. Əgər ona "menyu yoxdur” deyirlərsə, bu pozuntudur. Kimsə yerində haqqını tələb etməyib, sonradan şikayət edirsə, bu, düzgün deyil. İnsanlar menyu verilməyən yerə getməsinlər. Yenə qeyd edirəm, istehlakçıların hüquqlarının pozulmasına görə narazılıqlar varsa, müvafiq dövlət strukturlarına müraciət olunmalıdır”.


OXŞAR XƏBƏRLƏR

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...