Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız keçdi - VİDEO

Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız keçdi - VİDEO
Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv edilib. Artıq iki gündür ki ,ölkəmizə gələn türkiyə vətəndaşları yalnız xarici pasportları ilə sərhədi keçirlər. Vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının isə jesti isə olduqca maraqlıdır. O öz avtomobilinə milli qəhrəman Mübariz İbrahimovun şəklini yapşıdırb.

Vizasız rejimin qüvvəyə minməsini gözlədi. Saat gecə 12 tamam olan kimi, sərhəddi keçdi. Özü də milli qəhrəman Mübariz İbrahimovun şəklini yapışdırdığı maşını ilə.

Azərbaycana vizasız gələn ilk Türkiyə vətəndaşı artıq dünəndən etibarən Bakıdadı.

Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz bir neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlayıb.Viza rejiminin ləğvini eşidən Yılmaz Dilsiz sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözləyib.

Yılmaz Dilsiz Azərbaycana gəlməzdən öncə avtomobilinə milli qəhrəmanımız Mübariz İbrahimovun şəklini vurdurmaq istəyib.Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək milli qəhrəmanımızn böyüdülmüş şəklini çap etdirmək istəyib.

Yılmaz Dilsiz deyir ki, bura gəlməzdən öncə bir çox ölkələrdə olub. Bakı isə onu xeyli təəccübləndirib.Yılmaz viza rejimin aradan qaldırılması ilə Türkiyədən gələnlərin sayının artıracağını deyir.

Qeyd edək ki, sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərara əsasən, Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları 30 günədək Azərbaycanda qala bilərlər.
 

OXŞAR XƏBƏRLƏR

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulka...