Cahangir Hacıyev məhkəmədə son söz dedi və...BƏRAƏT İSTƏDİ

Cahangir Hacıyev məhkəmədə son söz dedi və...BƏRAƏT İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfər barəsindəki cinayət işi üzrə növbəti proses keçirilib.

Müttəhimlər kürsüsündə əyləşənlərin arasında sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, "Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan "İnterglass” ASC-nin rəhbəri Fariz Muradov da var.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və "Aqrokreditbank” tanınıb.

Prosesdə təqsirləndirilən Cahangir Hacıyev son söz deyib. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmayan C.Hacıyev 4 milyarddan artıq məbləğin mənimsənilmədiyini deyib. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən Dünyamin Xəlilov da son sözlə çıxış edib. O, mənimsəmə və talama cinayətində iştirak etmədiyini, Beynəlxalq Bankdan götürülmüş kreditlərin xaricdəki layihələrə sərf olunduğunu bildirib. Sabiq deputat barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə yollanıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...