İran Avropaya sentyabrın 5-ə qədər vaxt verdi

Dünya
13:24 / 02.09.2019
2144
Avropa ölçü götürməsə İran nüvə sazişinə dair öhdəliklərindən imtina edə bilər.
"RİA Novosti” xəbər verir ki, bunu İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
"Əgər avropalılar heç bir addım atmasalar, Tehran nüvə razılaşmasına dair öhdəliklərinin azaldılması ilə bağlı üçüncü addımı haqda xəbər verəcək”, – deyə, diplomat vurğulayıb.
Hələlik cavab addımlarının mahiyyəti haqda məlumat verilməyib. Bu sentyabrın 5-də məlum olacaq.