Hərbiçilər arasında keçirilən yarış başa çatdı

Hərbiçilər arasında keçirilən yarış başa çatdı

Hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları başa çatıb. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar iki mərhələdə ərazidə səmti müəyyənetmə bacarıqlarını sınayıb, idmançılar fərdi birincilik uğrunda mübarizə aparıblar.

"N" hərbi hissədə keçirilən mükafatlandırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yekun nəticələrə əsasən Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ikinci, Hərbi Hava Qüvvələrinin komandası isə üçüncü yerə çıxıblar.

Fərdi şəkildə qadın hərbi qulluqçular arasında mayor Cəmilə İrəfiyeva birinci, əsgər Pərvanə Heydərova ikinci, əsgər Nilufər Tarverdiyeva və əsgər Məryəm Ziyadxanova üçüncü yerə layiq görülüblər. Kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kapitan Adıköklü Xudeynatov ikinci və çavuş Nurlan Nəzərov üçüncü yerləri qazanıblar.

Yarışın qaliblərinə fəxri fərman, kubok və medallar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...

İdmançımız Avropa çempionatının yarımfinalında

Ağanəzər Novruzov Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yarımfinala yüksəlib.   Sfera.az xəbər verir ki, s...

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazi...

Səidə Sultan: Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar

Səidə Sultan toyunun saxta olması barədə iddiaları cavablandırıb.   Sfera.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə suallara &l...

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulka...

Bakıda bu ərazidə yeni park salınacaq

Bakının Nəsimi rayonunda yeni park salınacaq.   Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əld...