Bakıda Əfqanıstan vətəndaşı döyüldü

Bakıda Əfqanıstan vətəndaşı döyüldü
Bakıda əcnəbi naməlum şəxslər tərəfindən döyülüb.

Hadisə avqustun 28-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Əfqanıstan vətəndaşı, 1985-ci il təvəllüdlü Pashton Baba Katullah Azamatxan oğlu iki nəfərin hücumuna məruz qalaraq döyülüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR