“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir

“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir


 

Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən "Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə "Nar"-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür.

 

Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. "Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir. ­­

 

Mobil operator şəbəkəsinin keyfiyyətilə yanaşı, rabitə xidmətlərinin hər kəs üçün əlçatan olmasını hədəfləyib. "Nar” bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli "Yerlim” tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarifə qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi "Nar"-ın "Yerlim" tarifindən istifadə edir.

 

Qeyd edək ki, "Yerlim” tarifilə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözlə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən danışa bilərlər. Tarifə qoşulmaq üçün "Yerlim” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır.

 

Tarif haqqında ətraflı məlumatı //www.nar.az/yerlim internet səhifəsindən əldə edə bilərsiniz.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...