"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri

"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" -  Bank müdiri

Manat devalvasiyadan sonra itirilmiş mövqelərini bir qədər bərpa edib. Bu, milli valyutaya 

olan inamın yenidən bərpa olunmağa başlaması ilə bağlıdır. Bəs ölkədəki bu situasiya bankların 

valyuta mübadiləsi əməliyyatlarına necə təsir göstərib? 

Ötən ilin sonlarından ölkənin maliyyə bazarında baş verən proseslər bir sıra istiqamətlərdə əlavə

 tədbirlər həyata keçirmək, qanunvericilik aktlarına yenidən nəzər salmaq kimi vacib məqamları 

ortaya çıxardı.

Kəpəz TV (Region TV) xəbər verir ki, bir neçə ay ərzində həyata keçirilən tədbirlər maliyyə 

bazarında yaranmış ajiotajın səngiməsinə imkan yaratdı. Hazırda da bu istiqamətdə vacib

 addımlar atılır. Bir çox banklar bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların 

tələbatı tam təmin olunur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı 

mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici 

valyuta satışını normal qaydada həyata keçirirlər.

Ələsgər Həsənov - bank müdiri: "Tələbatı nəzərə alaraq, Mərkəzi Bankla, baş ofislə daim

 əlaqə saxlayırıq. Lazım gəldikdə, ehtiyat yarandıqda təcili şəkildə valyuta və ya Azərbaycan 

manatının gətirilməsini təmin edirik ki, şəhərimizin və yaxud da qonaqlarımızın tələbatını ödəyə bilək".

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin

 edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri 

adi iş rejimində fəaliyyət göstərir. Bəzi banklar isə bazar günü də valyuta mübadiləsini davam 

etdirməyə qərar veriblər. Manatın məzənnəsinin stabilləşməsi də buna imkan verir. 

Ələsgər Həsənov: "Amma son vaxtlar deyərdim ki, insanlar daha çox valyutanı, yəni dolların 

alınmasına üstünlük verirdilərsə, artıq əks tendensiya yaranıb. Artıq insanlar manatın möhkəmləndiyini 

nəzərə alaraq istəyirlər ki, öz dollarlarını manata dəyişsinlər".

Bununla belə Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət ciddi nəzarət altında saxlanılır

 və qanunsuzluqların qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir. 


OXŞAR XƏBƏRLƏR

Ölüm cəzası gözləyirdi: İranda reper Tumac Salehi azad edildi

İranda ölüm cəzası gözlənilən məşhur reper Tumac Salehi həbsdən azad edilib. Məhkəmə onun gözlənilən ölüm hökmünü ləğv edib.   Belə ki, ötən gün iranlı...

Şahzadə Diananın qardaşı qızları "intiqam paltarı" geyindilər - FOTO

Uels şahzadəsi Diananın qardaşı qızları, əkiz bacılar Amelia və Eliza Spenser mükafatlandırma mərasiminə “intiqam paltarları” ilə gəliblər.   ...

Meymunların böyütdüyü qadının film kimi həyatı - FOTO

Bir anlıq düşünün: özünüzü tanımadığı bir meşənin ortasında tək tapırsınız. Belə bir vəziyyətdə sağ qala bilərsinizmi? Kolumbiyalı Marina Çapman məhz belə bir a...

Dubay şokoladının qaranlıq tərəfi: Necə ekoloji fəlakətə gətirib çıxarır?

Dubay şokoladı artıq bir neçə aydır ki, bütün dünyanı dəlicəsinə ələ keçirib. İstehlakçı çılğınlığının sonu görünmür. Vəziyyət o yerə çatıb ki, insanlar püstə i...

Rəsmi Bakıdan SƏRT BƏYANAT

“Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər...

Milyonerin qətli: Ən böyük tibbi sığorta şirkətinin rəhbəri Nyu Yorkda güllələndi

ABŞ-ın ən böyük tibbi sığorta şirkəti olan “UnitedHealthcare”in baş direktoru Brayan Tompson dekabrın 4-də səhər saatlarında Manhettendə güllələnib....