"Qarabağ" çətin sınaq qarşısında
İdman
11:41 / 29.08.2019
1836
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ” Bakıda Şimali İrlandiyanın "Linfild” klubunu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi növbəti tarix yazmağa çalışacaq.
Minimal hesablı qələbə Ağdam təmsilçisini Avropa Liqasının qrup mərhələsinə çıxaracaq.
Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu rusiyalı baş hakim Sergey İvanov idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" indiyədək dörd dəfə Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.