Bakıda banka basqın etdilər - YENİLƏNİB - FOTO
"DəmirBank"a basqın edən şəxsin kimliyi məlum olub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində
ötən gecə "DəmirBank"ın rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən filialına
basqın edərkən tutulan şəxsin 1967-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Məsumov olması müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
-----------
07:19
Bakının Binəqədi rayonunda banka basqın edilib.
Sfera.az APA-ya istinadən bildirir ki, naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10
ünvanında yerləşən "DəmirBank"dan oğurluq etmək istəyib. Bankın arxa tərəfində olan tikilinin
üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası
işə düşüb.
Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa
başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı
oradan dəmir ling aşkarlanıb.
Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb.
Faktla əlaqədar başlanan araşdırmalar davam edir.