Rəşad Dağlının həyat yoldaşı boşanmadan danışdı

Rəşad Dağlının həyat yoldaşı boşanmadan danışdı

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı həyat yoldaşı Nailə Süleymanzadə ilə yollarını ayırmaq qərarına gəliblər. Məşhurun həyat yoldaşı boşanma ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.

Sfera.az bildirir ki, Nailə Süleymanzadə "Azxeber.com"a açıqlamasında boşanmanın səbəbləri haqda danışıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil"

Cütlüyün Yusif və Bətül adlı iki övladı var.

Qeyd edək ki, boşanma haqda xəbəri axsam.az saytı yayıb.


OXŞAR XƏBƏRLƏR