Neft və dollar bahalaşdı
Həftəyə cüzi ucuzlaşma ilə başlayan neft qiymətlərində cüzi nikbinlik müşahidə olunur.
Sfera.az anspress-ə istinadən bildirir ki, dünya bazarlarında ötən gün 30.58 dollar olan
Brent" markalı neft bir qədər bahalaşaraq 31.36 dollara çatıb.
"WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən gün 26.88 dollar olan
"Texas" markalı neftin bir barelinin qiyməti hazırda 27.46 dollar təşkil edir.
Həmçinin ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 1,16 dollar ucuzlaşaraq
31,45 dollar təşkil edib.
Əlvan metalların qiymətində isə kəskin bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına
görə, qızılın 1 qramı bahalaşaraq 39,88 dollar olub. Platinin 1 qramı 29.76 dollar, palladiumun 1
qramı isə 16.79 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.50 dollar
müəyyənləşib.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 11-də 1,5659 manat
müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7684 manat,
Rusiya rublu da ucuzlaşma ilə 0.0198 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq
2.2761 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5355 AZN dəyərində müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 12.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5745
səviyyəsində müəyyən olunub.