Gürcü “qanuni oğru”nu Lotu Qulinin qabağında döydülər

Gürcü “qanuni oğru”nu Lotu Qulinin qabağında döydülər
"Qanuni oğru” Lotu Quli (Nadir Səlifov) gürcü "qanuni oğru” Quram Çixladzeni döydürüb.

Sfera.az 
Baku.ws-ə istinadən xəbər verir ki, 35 yaşlı Çixladzenin Rövşən Lənkəranskinin qohumları ilə sıx dostluq münasibətlərində olması Lotu Qulini qəzəbləndirib və ona xəbərdarlıq edib.

Onların Türkiyədə baş tutan görüşü zamanı Quram Çixladze Nadir Səlifovun fikirlərini qəbul etmədiyini və Rövşən Lənkəranskinin qohumları ilə dost qalacağını deyib.

Lotu Qulinin həmin görüşdə iştirak edən tərəfdaşı Arman adlı şəxs gürcü avtoriteti döyüb. Çixladze təhlükə ilə üz-üzə qaldığını görüb, oradan uzaqlaşıb və İsrailə uçub.

"Kutaisi kriminal qruplaşması”nın əsas simalarından biri sayıldığından bu hadisənin ciddi kriminal müharibəyə səbəb olacağı düşünülür.

OXŞAR XƏBƏRLƏR