Bakıda boya sexində yanğın başladı

Hadisə
12:20 / 27.08.2019
1822
Bakıda yanğın başlayıb.
Sfera.az-ın unikal.org-a istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən boya sexində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.