Mədəniyyət evinin direktoru işdən çıxarıldı
Cəmiyyət
15:31 / 12.02.2016
706
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində kadr dəyişikliyi olub.
BiG.AZ xəbər verir ki, Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Şüvəlan qəsəbə Mədəniyyət Evinin direktoru Məmmədov Səfər Namus oğlu tutduğu vəzifədən azad edilib.
İdarənin digər əmrinə əsasən həmin vəzifəyə Abbasov Natiq Zahid oğlu təyin olunub.