Goranboyda ağır qəza - 4 yaralı

11:00 / 26.08.2019
1244
Göranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, "Chery" markalı avtomobillə "Niva" markalı maşının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar "Chery" markalı avtomobilin sürücüsü və onun sərnişinləri, biri azyaşlı olmaqla iki qadındır. Qadınların Rusiya vətəndaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.