Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi

Hadisə
14:33 / 25.08.2019
5757
Oğuz rayonunda dağlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin "BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.