“Qarabağ” bizim qanımızı içmək istəyəcək” - “Linfild”in baş məşqçisi

“Qarabağ” bizim qanımızı içmək istəyəcək” - “Linfild”in baş məşqçisi
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in baş məşqçisi Divid Hili futbolçularını xəbərdar edib ki, Bakıdakı cavab matçında Ağdam komandası qisas hissi ilə çıxacaq.
Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda Şimali İrlandiyanın "Belfast live" nəşri məlumat yayıb.

Devid Hili nəşrə müsahibəsində deyib ki, cavab görüşünün favoriti "Qarabağ"dır. "Biz matça ciddi hazırlaşacağıq. "Qarabağ"la Bakıdakı görüş mənim məşqçilik karyeramda ən çətin oyun, qarşımda duran ən ağır vəzifə olacaq. Təsəvvür edirəm ki, stadionda 30-35 min azarkeş olacaq. Bu, həqiqətən qisas oyunu kimi bir matç olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək".

D.Hili deyib ki, cavab matçında komandasının uğur qazanmaq üçün məqsədi olacaq: "Bu isə əladır. Bilirik ki, nəyə görə oynayacağıq. Ümid edirəm, istədiyimiz nəticəni qazanacağıq. Amma "Qarabağ"dan gözlənti çoxdur və onlar matçın favoriti olacaqlar".

Devid Hili onu da bildirib ki, Avropa Liqasının qrup mərhələsinin bir addımlığına qədər gəlməsi ilə fəxr edir: "Bilirik ki, qrupa düşmək nə qədər ağırdır. Biz 0:5, 0:6 hesabı ilə uduza da, 1:0 hesabı ilə uda da bilərik. Sadəcə, özümüzə, uğurumuza inanmalıyıq. Futbolda nələr olacağını təxmin etmək çətindir".

"İlk matçda 3:1 hesabı ilə udsaydınız, bu gün favoriti "Linfild" olardımı" sualına Devid Hili belə cavab verib: "Yəqin ki, yox. Mən "Qarabağ"a hər hansı təzyiq etmirəm. Siz oyuna baxdınız və gördünüz ki, rəqib necə yaxşı komandadır. Biz də həqiqətən əla oynadıq. Amma cavab görüşündə də ilk matçdakı kimi çıxış etməliyik. Bu, çox ciddi sınaq olacaq. Fasilədə, 2:1 hesabı ilə irəlidə olanda mən şokdaydım. Siz topla doğru oynayanda həmişə qol vurmaq üçün şansınız olur. Futbolçularımız mükafata layiqdirlər. Çünki onlar "Qarabağ" kimi komandanı udublar".

Xatırladaq ki, "Linfild" ilk matçda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar qarşılaşması avqustun 29-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...