Azərbaycanda digər universitetlər birləşdiriləcək?

Azərbaycanda digər universitetlər birləşdiriləcək?

Təxminən bir neçə ay bundan öncə Təhsil Nazirliyinin Texniki, eyni zamanda Dövlət İqtisad Universitetinə bir neçə orta ixtisas müəssisələrinin onların nəzdinə verilməsi ilə bağlı qərarı olub.

Rabitə və Nəqliyyat Kolleci Texniki Universistetin nəzdinə, Maliyyə İqtisad Kolleci isə Dövlət İqtisad Universitetinin nəzdinə verildi. Bundan da başqa, bir neçə ay bundan öncə, Azərbaycan Müəllimlər Universisteti Azərbaycan Pedaqoji Universitetinə birləşdirilib. Bu proses artıq başlayıb.

Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

“Gələcəkdə digər ali təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı suala gəldikdə isə bu planlar ilə bağlı nəsə qeyd etmək doğru olmazdı”, - deyə C.Valehov qeyd edib.

“Burda söhbət infrastrukturdan deyil, eyni zamanda keyfiyyətin yüksəldilməsindən gedir. Yəni, əgər bir orta ixtisas təhsil müəssisəsində tələbə daha keyfiyyətli təhsil ala bilmir, maddi çağırışlarla qarşılaşaraq öz biliyini artıra bilmirsə, bunun üçün onun daha ciddi, daha innovativ təhsil müəssisəsi ilə əlaqələndirilməsinə ehtiyac var”, - deyə nazirliyin rəsmisi əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...