Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu

12:06 / 24.08.2019
1989
Beyləqan rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Aşağı Çəmənli kəndində qeydə alınıb.
Kənd sakini, 30 yaşlı Əsgərov Əsgər evdə təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.