Şəkidə dağlıq ərazidə yanğın başlayıb

21:11 / 23.08.2019
4780
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərinin Kosalı kəndi yaxınlığında dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb edilib.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.