Qazaxıstan səfirliyi yeni binaya köçdü - FOTO
Cəmiyyət
00:01 / 14.02.2016
3513
Qazaxıstan səfirliyinin yeni binasının açılışı münasibətilə adıçəkilən ölkənin yeni diplomatik nümayəndəliyinin ərazisində bayraq qaldırılması mərasimi baş tutub.
Sfera.az Report-a istinadən bildirir ki, mərasim Qazaxıstan dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib ki, iki ölkə hökuməti arasındakı razılaşmaya əsasən, Bakıda səfirliyin yeni binasının tikintisi üçün pulsuz torpaq sahəsi ayrılıb.
Onun sözlərinə görə, səfirliyin ümumi sahəsi təxminən 7000 kvadratmetrdir və burada həmçinin səfirliyin əməkdaşlarının normal fəaliyyəti üçün onlara 17 mənzilli bina da tikilib.
Sonda B.İsabayev səfirliyin tikintisinə yardıma görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.