“Bu, müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək”

“Bu, müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək”

Bu gün Təhsil Nazirliyində orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, mətbuat konfransında bildirilib ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Təhsil Nazirliyinə bu qərarın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsi, həmçinin müvafiq maddi-texniki bazasının təhsil sisteminin məqsədləri üçün istifadəsinin təmin olunması tapşırılıb.

Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalacaq. Beləliklə, qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək.

Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil sisteminin tələblərinə cavab verməsinə xidmət edir. Təhsili idarəetmə sisteminin və infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ölkəmizin inkişaf konsepsiyasına uyğun yenidən qurulması tədbirləri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...