“Baku Corner”dən Sevgililər Günü kampaniyaları

“Baku Corner”dən Sevgililər Günü kampaniyaları

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” Sevgililər Günü münasibətilə kampaniyalara başlayıb.

“Hisslərini ifadə et” və “O-nun üçün hədiyyə qazan” kampaniyaları feysbuk və instaqram sosial şəbəkələrində elan olunduqları gündən etibarən ictimaiyyətin geniş marağına səbəb olub.

“Hisslərini ifadə et” kampaniyası 5 fevral tarixindən elan edilib və kampaniya müsabiqə xarakteri daşıyır. Belə ki, Baku Corner”in rəsmi feysbuk və instaqram səhifələrində Leyla Əliyevaya məxsus rəsm əsərinin əks olunduğu telefon üzlüyünün fotoşəkli paylaşılıb. Kampaniyanın şərtlərinə görə həmin üzlükdəki rəsmi kim öz sözləri ilə daha gözəl ifadə edərsə, ona Baku Corner” tərəfindən xüsusi hədiyyə təqdim olunacaqdır.Sevgililər günü ərəfəsində bütün kampaniyaların məhz cütlüklərə aid edilməsini nəzərə alaraq “Baku Corner 9 fevral tarixindən etibarən həm sevgilisi olan, həm də olmayan şəxslərə şamil edilən “O-nun üçün hədiyyə qazan” kampaniyasına başlayıb.

Belə ki, rəsmi feysbuk və instaqram səhifələrində telefon üzlüklərinin nümayiş olunduğu videoçarx paylaşılıb. Şərtlərə əsasən paylaşımın rəy bölməsinə hər kəs çox sevdiyi birinin adını işarələməlidir (tag). Daha sonra, təsadüfi seçmə yolu ilə bir nəfər seçiləcək və işarələdiyi şəxs üçün hədiyyə əldə edəcəkdir. Buraya həm sevdiyiniz şəxsin, həm ətrafınızda sizin üçün dəyərli olan insanların adlarını əlavə edə bilərsiniz.

Qeyd edək ki, 13 noyabr 2015-ci il tarixindən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilmiş “Baku Corner” in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır.

“Baku Corner” tərəfindən uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də geniş kütləyə nümayiş olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir. Bununla yanaşı, məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.

“Baku Corner”in yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olan və daim alıcıların zövqünü oxşayan məhsulları ilə onun feysbuk, instaqram və rəsmi internet səhifəsindən  (www.bakucorner.az,www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Beşbarmaqda BƏDBƏXT HADİSƏ – Paraşütçü yerə çırpıldı

Siyəzən rayonunun Zarat kəndi ərazisində bədbəxt hadisə baş verib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Beşbarmaq dağından havala...

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...