Banklar birləşəsi olmadı
05:40 / 12.02.2016
2781
DəmirBank və AGBank arasında nəzərdə tutulan konsolidasiya prosesi ləğv edilib.
Sfera.az bildirir ki, DəmirBank-dan Trend-ə verilən məlumata görə, ötən ay DəmirBank və
AGBank arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan
sonra DəmirBank rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər
iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.
"DəmirBank" ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların
və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi
olaraq sözügedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.