Azərbaycanda nazir oğulları orduya çağırılır

Azərbaycanda nazir oğulları orduya çağırılır

“Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar".

Yəqin xatırlayırsınız, bir müddət əvvəl Amerikanın öz dəqiq və mötəbər hesabatları ilə seçilən 

Global Firepower təşkilatının reytinqində Azərbaycan ordusu dünya ölkələrinin ən güclü Silahlı 

Qüvvələri sırasında 50-ci yerə layiq görülmüşdü.


ANS PRESS-in məlumatına görə, Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci 

Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a eksküliziv 

müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də 

ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.


General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə - imkanlı, 

vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.



Yaşar Aydəmirov - Ehtiyatda olan general-leytenant

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa 

məmurların, hətta nazirlərin oğulları da çağırılır: “Ölkəni hamı qorumalıdır: həm varlılar,

 həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, 

onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla 

qanımıza qədər qorumaq hər birimizin borcudur”.



Zakir Həsənov - Müdafiə naziri

2013-cü il oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında 

sərəncam imzalayıb. Sərəncama əsasən Zakir Əsgər oğlu Həsənov müdafiə naziri təyin edilib.

 Səfər Əbiyev tutduğu postdan kənarlaşdırılb. Zakir Həsənov bu təyinatadək daxili işlər nazirinin 

müavini, Daxili Qoşunların Komandanı idi.


OXŞAR XƏBƏRLƏR