“NAZ-Lifan” avtomobilləri bahalaşır

“NAZ-Lifan” avtomobilləri bahalaşır

Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanması planlaşdırılır.

Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq zavod model sırasını genişləndirməyi nəzərdə tutur.

Bu barədə Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev məlumat verib.

O bildirib ki, indiyədək avtomobillərin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Direktorun sözlərinə görə, yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq.

Musa Abdullayev valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacağını deyib. “Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacağıq. Ehtimal ki, qiymətlər modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcək”, - deyə zavodun direktoru bildirib.

O qeyd edib ki, yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil satılıb: “Hazırda bir sıra dövlət müəssisələri tərəfindən zavoda sifarişlər verilib. Naxçıvan Avtomobil Zavodu qəbul olunan bütün sifarişləri təmin etmək imkanına malikdir”.

Avtomobillərin keyfiyyəti barədə danışan zavodun direktoru vurğulayıb ki, bu gün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan” markalı 400-dən çox avtomobil respublika ərazisində taksi fəaliyyəti göstərir. Bu avtomobillərin bəzilərinin 1 milyon kilometrdən çox yol qət etməsinə baxmayaraq, onlarda heç bir problem yaranmayıb.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...