Məhkəmədə əlifba mübahisəsi

Məhkəmədə əlifba mübahisəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində maşında tanışını qətlə yetirməkdə təqsirləndirilən Yusif Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahidlər Əlirza Xəlilov və Emin Xəlilov ifadə verərək hadisənin birbaşa şahidi olmadıqlarını deyiblər. Ə.Xəlilov hadisədən öncə qətlə yetirilən Rauf Əliyevlə telefonla danışdığını bildirib.

Hakim Eldar İsmayılov bildirib ki, digər şahid Nicat Səlimov prosesə qatıla bilməyəcək: "Nicat Səlimov polis əməkdaşıdır, məktub yazıb ki, xəstəliyi ilə əlaqədar Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Nicat Səlimov maşını ilə gedərkən yolun kənarında dayanmış avtomobil görüb. Yaxınlaşıb baxanda görüb ki, Rauf içəridə keçinib. Ondan sonra polisə məlumat verib. Məhkəməyə məktub yazaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib".

Bundan sonra şahidlərin dindirilməsi məhdudlaşdırılıb.

Təqsirləndirilən Yusif Bağırov vəkilindən imtina etdiyini bəyan edib. Hakim bildirib ki, Y.Bağırov vəkildən imtina etsə də, müdafiədən imtina edə bilməz: "Siz latın əlifbası ilə yaza bilmirsiniz. Ərizələrinizi də kiril əlifbasında yazmısız. Ali Məhkəmənin plenum qərarına görə, latınca yaza bilməyən təqsirləndirilən şəxslər mütləq nümayəndə ilə təmsil olunmalıdırlar. Siz bu vəkildən imtina etsəniz, biz sizə dövlət tərəfindən başqa bir nümayəndə təklif edəcəyik. Yaxud siz müqavilə əsasında özünüzə vəkil tutmalısınız".

Yusif Bağırov deyib ki, müqavilə əsasında vəkil tutacaq. Məhkəmə prosesi fevralın 18-də davam etdiriləcək.

Qeyd edək ki, qətl 2015-ci ilin iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində R.Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...