Azərbaycanda axtarışda olan şəxs Moldovada saxlanıldı

Kriminal
13:27 / 19.08.2019
2208
Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə "İnterpol" xətti ilə axtarışda olan Gürcüstan vətəndaşı, 27 yaşlı Zialat Məmmədov Moldovada saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün hazırlıq aparılır.