"Anarın yerində olsaydım, sakitcə çəkilib gedərdim..." - Rüstəm Behrudi

 
Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı öncəsi gənc yazarlar Fuad Cəfərli, Emil Rasimoğlu və Tural Turanın namizədliklərini elan edəcəkləri ilə bağlı verdiyi bəyanat ölkə gündəmini zəbt etdi.

 Gənc AYB üzvlərinin namizədliklərini irəli sürəcəyi ilə bağlı verdikləri bəyanat qurum daxilində birmənalı qarşılanmadı. Hətta ötən gün bir qrup Xalq artisti gəncləri müdafiə edərək, onların irəli çəkilməsi ilə bağlı mövqe sərgilədilər.

Tanınmış şair Rüstəm Behrudi də məsələyə münasibət bildirib. Şairin sözlərinə görə, gənclərin namizədliklərini irəli sürməsi məsələsini təbii qarşılayır və normal yanaşır: "Bu işləri təqdir edirəm. Nəsillər dəyişib, həmin nəsillərlə bərabər idarəçilik üsulları də dəyişməlidir, yeni adamlar gəlməlidir. Yəni bir adam bütün həyatı boyu eyni vəzifədə işləyə bilməz”.

Rüstəm Behrudi bildirib ki, hazırkı AYB sədri Anarı Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri hesab edir: "Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirdiyi yeniliklər, yazdığı əsərlər Anarı ədəbiyatımızda eləcə də oxucular arasında təsdiq elədi. Amma bu o demək deyil ki, bütün həyatıboyu eyni vəzifədə olmalıdır: Məsələn, mən Anarın yerində olsaydım, sakitcə çəkilib gedərdim. Çünki elə fikirləşirəm ki, artıq Anar kimi bir adamın Azərbaycan Yazıçılar Birliyinin sədri olmağa ehtiyacı yoxdur. Bunu cavan nəsilə buraxmaq lazımdır. Onlar daha dinamik, onlar daha cəsurdur. Bu gün çağımızda istedadlı adamlar var. Yəni, Anar bir biokratik aparatın işçisi olaraq öz işini, vəzifəsini sona yetirmiş ədəbiyyat adamıdır. Ona görə də elə bilirəm bundan sonra sakitcə bir guşəyə çəkilib ədəbiyyatla məşğul olsa daha gözəl olar. Bu addım həm onun yaradıcılığı üçün, həm də arxasınca gələn bu günkü yaradıcı nəsil üçün lazımlı addımdı. Digər tərəfdən heç onun sağlamlığı üçün də işləmək yaxşı deyil”.

Şair hesab edir ki, adlarını çəkilən gənclərin Azərbaycan Yazıçılar Birliyinin sədri də, katibi də olmağa haqları var: "Onları yaxşı tanıyıram. O gənclər  çox istedadlı gənclərdi. Hətta Tural Turanın bir kitabına ön söz yazmışam. Kitabın adını belə mən qoymuşam. Yəni istedadlı bir adamdı. Onun yaşında Şah ismayıl Xətai on dörd əyaləti Azərbaycan dövlətinin tərkibinə qatıb  müstəqil dövlət yaratmışdı. Niyə də olmasın axı bu adamar, niyə də olmasın?! 

Əgər Yazıçılar Birliyi varsa, gənc nəsl özündən əvvəlki nəsli əvəz etməlidir. Mən hər üç gənci alqışlayıb, hər zaman dəyərləri qorumaqla mübarizəni aparmağı arzulayıram. Mən gənclərin namizədliyini dəstəkləyirəm. Hər sahədə yeniləşmə olmalıdır. Mən Anarı mühakimə etmirəm ki, niyə 80 yaşına qədər Yazıçılar Birliyinin sədri olub. Ancaq zaman dəyişib, nəsillər dəyişib. Bu gənclər özlərini güc hesab edirlər, və bilirlər ki, Yazıçılar Birliyinin fəaliyyətində nələrisə yaxşılığa doğru dəyişə bilərlər”. (modern.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...