Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

Messinin rekordu təkrarlanıb,
 

"Barselona” klubu son 11 ildə ilk dəfə İspaniya çempionatına qələbəsiz başlayıb.

APA-nın məlumatına görə, son çempion La Liqanın ilk turunda "Atletik”lə səfər matçında uduzub.

Ernesto Valverdenin yetirmələri 0:1 hesablı məğlubiyyətlə üzləşib. Bunadək son 10 mövsümdə Kataloniya futbolçuları startda qalib gəlirdilər. "Barselona” ilk turdakı son xal itkisi ilə 2008-ci ildə üzləşib. Həmin vaxt "Numansiya” adlı-sanlı rəqibini 1:0 hesabı ilə yenib.


OXŞAR XƏBƏRLƏR