Azərbaycanlı milyarder Türkiyə bankını alır - FOTO

Azərbaycanlı milyarder Türkiyə bankını alır - FOTO
Azərbaycanlı milyarder Rusiyada fəaliyyət göstərən Türkiyə bankını almağa hazırlaşır.

Anspress-in məlumatına görə, Türkiyədə "FİBA" adlı böyük holdinqin rəhbəri Hüsni Özyegin Rusiyadakı "Kredit Avropa Bank"ı (Credit Europe Bank - red.) satır. Bankın satılmasına səbəb kimi son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi göstərilir. Bankın ümumi dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilir. 

İddialara görə, bankı almağa ən real namizəd əslən Quba rayonunun Qırmızı Qəsəbəsindən olan azərbaycanlı milyarder Qod Nisanov hesab edilir. Türkiyə mediasında yayılan məlumata görə, Rusiyada Türkiyə kapitalı ilə fəaliyyət göstərən bankın məhz Moskvanın tanınmış kommersiya qurucusu Qod Nisanova satılacağı gözlənilir. 

Hazırda bank 4,5 milyon fiziki və 16 min hüquqi şəxsə xidmət göstərir. Bankın 99,9% səhmi Hollandiyanın Credit Europe Bank NV-yə məxsusdur. Bank Rusiyada 1994-cü ildən fəaliyyət göstərir. 

Əslən azərbaycanlı olan dağ yəhudisi Qod Nisanovun sərvəti 4 milyard dollar civarında dəyərləndirilir. "Radisson Royal Ukraine", "Royal Ukraine Hotel", Radisson САС, "Slavyanskaya", “Yevropeyski” ticarət mərkəzi, "Food City" tərəvəz bazasının sahibi olan Nisanov 2014-cü ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. 

O, "Forbes" jurnalının milyarderlər siyahısında 38-ci yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...