“Yedim, içdim, bəsdir...” – Murad Dadaşov arıqlayır

Xalq artisti Murad Dadaşov ATV kanalında "Sunayla sına" proqramında qonaq olub.
Şoumen verilişdə yeni həyat tərzinə keçdiyini və artıq çəkilərindən xilas olacağını bildirib:
"Azərbaycan tamaşaçıları hər il eşidir ki, mən yeni yaşam tərzinə keçirəm. Amma bir nəticə görmürlər. Növbəti dəfə yeni yaşam tərzinə keçirəm".
40 yaşlı şoumen müəyyən yaşa çatdığını artıq həm görünüşünü, həm də sağlamlığını qorumaq istədiyini deyib:
"Müəyyən yaşa çatdım. Düşündüm ki, bu illər ərzində kifayət qədər kök, dolu insan oldum. Fikirləşdim ki, nə qədər yemək olar? İnsan özünü nə qədər sevməyə bilər? Qərar verdim ki, bəsdir artıq. Özümə söz verdim ki, bəsdir, olmaz belə. Yedim-içdim, bildim. Yeni bir həyat tərzinə keçirəm. Sən demə, dünyada elə dadlı yeməklər var ki, onları düzgün yedikcə, insanın