Müğənnin ailə məclisinə polis müdaxilə etdi - FOTOLAR
Müğənni Kənan Doğulunun anası Serpil Doğulunun ad günü məclisinə polis müdaxilə edib.
“Qafqazinfo”nun məlumatına görə, Kənan anasının yaş günü üçün Rotisserie Noir retroranını bağlatdırıb.
72 yaşını qeyd edən Serpil Doğulunun ad gününə ailə üzvləri və küsülü olduğu iddia edilən Beren Saat da qatılıb.
Kənan Doğulu ilə Beren Saatın romantik rəqsi fotoqrafların obyektivində əks olunub.
Müğənni restorandan bayıra çıxaraq jurnalistlərin suallarını cavablandırıb:
“Anam bizə çox yaxşı tərbiyə verib. Hərçənd ki, dəcəllik edəndə ayağındakı başmağı mənə çox atıb. Hər zaman düz hədəfə atardı”.
İrəliləyən saatlarda musiqinin səsinin yüksəlməsi ətraf restoranda oturanları narahat edib, bununla bağlı polisə müraciət ediblər.
Polis əməkdaşları restorana girərək xəbərdalıq edib, musiqi səsinin azaldılmasını tələb ediblər.