Azərbaycanda məmur yaşadığı evdə özünü asdı - Anası gördü + FOTO

10:51 / 15.08.2019
2486
Qaxda intihar hadisəsi baş verib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin C.Cabbarlı küçəsində yaşayan Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyitini anası səhər saatlarında aşkarlayıb.
Qeyd edək ki, M. Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.