Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...

Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...
 

Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub.

Virtualaz.org "ArmyRecognition” saytına istinadən xəbər verir ki, bununla da Türkiyə lazer silahını döyüş şəraitində tətbiq edən ilk ölkə olub.

 

Çin tərəfindən istehsal olunan "Wing Loong II” pilotsuz döyüş təyyarəsi bir neçə gün əvvəl Misurata şəhəri yaxınlığında vurulub. Sayt yazır ki, təyyarə Türkiyənin ASELSAN şirkəti tərəfindən işlənib hazırlanan, 50 kW güc hasil edən lazer hava müdafiə sistemi tərəfindən Misurata şəhəri üzərində uçarkən hədəfə alınıb.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. "İlk dəfə bir lazer silahı başqa bir hərbi texnikanı real döyüş şəraitində məhv edib”,-sayt yazır.

Lazer silahı ABŞ, Rusiya və Çin başda olmaqla bir sıra ölkələr tərəfindən işlənib hazırlanmaqdadır. Son illər Türkiyənin ASELSAN şirkəti də bu sahədə işə başlayıb və lazer silahı hazırlayan şirkətlər sırasına daxil olub. Lakin indiyə qədər lazer silahını real döyüş şəraitində heç bir dövlət tətbiq etməmişdi.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...