Sevgilisini məftillə boğub öldürdü

Sevgilisini məftillə boğub öldürdü

Ötən gecə Binəqədi rayonu İlqar Cümşüdov küçəsi ev 15 “A” mənzil 42-də Xırdalan şəhər sakini 39 yaşlı Sədaqət Əsgərovanın məftillə boğulmuş meyiti tapılıb. 

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, cinayət baş verən ünvana dərhal rayon hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə yeri və meyit müayinə olunub. Şahidlərin dindirilməsindən sonra məlum olub ki, Sədaqət Əsgərovanı onunla qeyri-rəsmi münasibətdə olan Fəhmin Qədimov öldürüb. Fəhmin cinayəti törətdikdən sonra öldürdüyü qadının avtomobilinə oturaraq Bakıdan qaçıb. Ancaq o, Müşfiq postunda saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs cinayət törətdiyi mənzili 3 gün əvvəl Sədaqət Əsgərova üçün kirayə tutduğunu deyib. Onun sözlərinə görə, hadisə günü Sədaqətlə aralarında mübahisə yaranıb və qadın onun ünvanına nalayiq söyüşlər işlədib. Bu səbəbdən də Sədaqəti məftillə boğaraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...