Bank yüksək nəticə göstərmiş əməkdaşlarını mükafatlandırdı

Bank yüksək nəticə göstərmiş əməkdaşlarını mükafatlandırdı

Azərbaycan Beynəlxalq Bankının işçilərinin bilik səviyyəsinin yoxlanılması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi testləşdirmə zamanı ən yüksək nəticə göstərmiş bank əməkdaşları mükafatlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, testləşdirmə dörd fəaliyyət istiqaməti - Xəzinə, Əməliyyat, Kredit və Mühasibat işi üzrə aparılmış, iştirakçılara 100 test tapşırığı təqdim edilmişdi. 85 sual bank sektoru və qanunvericiliyə, 15 sual məntiqi nəticə çıxarma qabiliyyətinə aid idi. Test imtahanında 583 nəfər əməkdaş iştirak etmişdi.

Ən yüksək nəticələri isə Xəzinə bloku üzrə Bankın Nəqliyyat filialının aparıcı mütəxəssis-xəzinədarı Tərlan İlqar oğlu Bağırlı (90 bal), Mühasibat bloku üzrə Qazax filialının Nəzarət şöbəsinin müdiri Fərid Rövşən oğlu Əsgərov (77 bal), Kredit bloku üzrə Gəncə filialının Kredit şöbəsinin müdiri Kamal Nizami oğlu Səfərov (82 bal) və Əməliyyat bloku üzrə “Abşeron” filialının Əməliyyat şöbəsinin baş mütəxəssisi Əli Cavad oğlu Rzayev (87 bal) toplayıb.

Mükafatlandırma tədbirində belə bir qiymətləndirmə prosesinin əməkdaşların peşəkarlıq səviyyəsi ilə bağlı real vəziyyətin təhlili məqsədilə aparıldığı bildirilib. Qeyd edilib ki, test imtahanının nəticələri bu sahədə təkmilləşmə işlərinə kömək göstərəcək. İmtahanda yüksək nəticələr qazanan əməkdaşların bu nailiyyətləri onların karyera irəliləyişlərində nəzərə alınır və gələcəkdə də nəzərə alınacaq.

Daha sonra əməkdaşlara sertifikatlar və hədiyyələr təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...