Lerikdə avtomobil dərəyə aşıb, 3 nəfər yaralanıb

Lerikdə avtomobil dərəyə aşıb, 3 nəfər yaralanıb
 

Lerikdə minik avtomobili dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun dağlıq yollarından birində baş verib. Belə ki, Bakı şəhəri Binə qəsəbə sakini, 1967-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi "Lexus” markalı minik avtomobili dərəyə yuvarlanıb.

Sürücü Babəli Məhərrəmov döş qəfəsinin qapalı travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə, sərnişinlər - 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov və 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov isə müxtəlif xəsarətlərlə Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...