Ermənistan diplomatları Azərbaycanın gənclər təşkilatının rəhbərinə hücum etdi

Ermənistan diplomatları Azərbaycanın gənclər təşkilatının rəhbərinə hücum etdi
 

Erməni diplomatlar Rusiyanın Pyatiqorsk şəhərində keçirilən "Maşuk-2019” beynəlxalq gənclər forumunda Azərbaycan nümayəndə heyətinə qarşı təxribata əl atıblar.

Bu barədə məlumatı virtualaz.org-a forumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Sabir Rüstəmov verib.

"Ermənistan səfiri forum iştirakçıları ilə tamamilə provokativ diskussiya aparmağa başladı. Onun əsas məqsədi forumun bütün iştirakçılarına guya Qarabağın əzəli erməni torpağı olması, azərbaycanlıların heç vaxt Qarabağda yaşamamasını çatdırmaqdan ibarət idi. Erməni səfirin təxribatçı çıxışını kəsib, ona bir neçə sual vermək istəyəndə, məni yalnız köynəyimdə iri "Azərbaycan” yazısı olduğuna görə mikrofona buraxmadılar. O zaman Azərbaycan tərəfinin iştirakçılarından biri məni dəstəklədi və mən ondan sual verməyini istədim. O dedi ki, onun əcdadları qədimdən bu yana Qarabağda yaşayıblar və səfirin dedikləri həqiqəti əks etdirmir, çünki o, azərbaycanlıların hər zaman Qarabağda yaşadığına dair canlı nümunədir. O, həmçinin qeyd etdi ki, onun bütün ailəsi öz torpaqlarından qovulub”- nümayəndə heyətinin rəhbəri bildirib.

S.Rüstəmov səfirin təxribatlarının bununla yekunlaşmadığını deyib:

"Bundan sonra səfir bizi daha çox təxribata çəkməyə çalışdı və Azərbaycanın heç vaxt kompromisə getmədiyini və guya məhz bizim aqressor olduğumuzu deməyə başladı. Təbii ki, mənim əsəblərim xalqıma qarşı bu cür davranışa tab gətirmədi. Mən mikrofonsuz qışqırmağa və bütün iştirakçılara səfirin yalan dediyini söyləməyə başladım. Bütün səsimlə qışqırdım ki, Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın 20% torpağını – Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal altında saxlayır. Hər kəs mənə baxdı. Nəticədə səfir özünün təxribatçı nitqini dayandırmaq məcburiyyətində qaldı. Məni artıq dayandırmaq mümkün deyildi. Mən qışqırırdım ki, "Qarabağ Azərbaycanın tarixi torpağıdır”, "Erməni aqressiyası nəticəsində Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan torpaqlarının 20%-i işğal altındadır”, "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var”, "Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb”. Forum iştirakçıları məni alqışlamağa başladılar ki, bu da Ermənistan nümayəndə heyətini özündən çıxartdı. Erməni qadın diplomatlar üzərimə atılmağa, "Azərbaycan” yazısı olan köynəyi cırmağa, sifətimi cırmaqlamağabaşladılar. Onlar məni təxribata çəkmək istəyirdilər ki, əl qaldırım. Mən həmin an müdafiə olunmadan dayanırdım və az sonra təşkilatçılar onları tədbirdən uzaqlaşdırdılar”.

S.Rüstəmov deyib ki, o ermənilərin təxribatı üzündən forumu tərk edəndən sonra hazırda oteldədir və baş verənlər haqda Azərbaycanın Gənclər və İdman Nazirliyini məlumatlandırıb. Nazirlikdən deyiblər ki, məsələni araşdırırlar və forumdakı Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunması üçün bütün mümkün tədbirləri görürlər.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...