Bakıda maşın aşdı - Sürücünün arvadı öldü

Hadisə
15:03 / 14.08.2019
1872
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi "VAZ-21099” markalı avtomobili aşıb.
Nəticədə R.Həsənovun sərnişinlərindən, həyat yoldaşı Zeynəb hadisə yerində ölüb, digər bir sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.